Çempionatda təxirə salınmış oyun keçirilib
- 20:16
- 20
Qadın voleybolçular arasında ölkə çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqanın I turundan təxirə salınmış “DH Volley” – “Abşeron” oyunu keçirilib. AVF-nin idman zalında baş tutan qarşılaşma “DH Volley” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yüksək Liqa (qadınlar)
10 dekabr (təxirə düşən oyun)
I tur
“DH Volley” - “Abşeron” 3:1 (25:18, 21:25, 26:24, 25:21)