Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 15-ci turu çərçivəsində iki görüş baş tutub.

AVF-nin idman zalında ilk olaraq "Abşeron" və "Murov Az Terminal" klubları üz-üzə gəliblər. Bu qarşılaşmada sevinən tərəf "Abşeron" olub.

Günün digər matçında "DH Volley" klubu "Gəncə"ni qəbul edib. Gərginliyi ilə yadda qalan bu oyunda meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, turun növbəti oyunları sabah keçiriləcək. "Milli Aviasiya Akademiyası" öz meydanında "Turan"la, UNEC isə "Gənclər" klubu ilə qarşılaşacaq.


Yüksək Liqa

26 fevral 

XV tur

   “Abşeron” – “Murov Az Terminal” 3:1 (25:14, 21:25, 25:17, 25:13)

   “DH Volley” – “Gəncə” 3:2 (19:25, 17:25, 25:12, 25:22, 15:10)