Voleybolçu kişilər arasında ölkə birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqanın 19-cu turu çərçivəsində iki görüş FHN -in idman zalında, biri Abşeron OİK-də təşkil edilib.

Bu qarşılaşmaların biri quru hesabla başa çatıb. Digər ikisində isə 3:1 hesabı qeydə alınıb.

Qeyd edək ki, çempionatın ilkin mərhələsində son turun oyunları martın 30-da keçiriləcək.


Yüksək Liqa (kişilər)

26 mart

XIX tur

   “Gənclər” – “Murov Az Terminal” 0:3 (12:25, 18:25, 16:25)

   “AZERRAIL” – “ORDU” 1:3 (23:25, 19:25, 25:22, 18:25)

   “Xilasedici” – “Neftçi” 3:1 (25:15, 25:18, 17:25, 25:16)