Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, “Murov Az Terminal” voleybol klubunun idman zalında “AZERRAIL” və MOİK klubları üz-üzə gəliblər.

İlk setdən təşəbbüsə yiyələnən “AZERRAIL” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, “AZERRAIL” 27 xalla (9 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

22 fevral

Yüksək Liqa

   “AZERRAIL” - MOİK 3:0 (25:15, 25:23, 25:7)