Bu gün qadın voleybolçuların Yüksək Liqasında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir,  AVF-nin idman zalında XI tur çərçivəsində “Abşeron” və UNEC komandaları üz-üzə gəlib.

Qarşılaşma “Abşeron” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun son oyunu sabah Gəncədə “Gəncə” və “Murov Az Terminal” komandaları arasında olacaq.


30 yanvar 

Yüksək Liqa (qadınlar)

XI tur

   “Abşeron” – UNEC 3:0 (26:24, 25:21, 26:24)