İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı baş məşqçisi açıqlanıb.


Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.


Ən yaxşı mütəxəssis adına Entso Mareska ("Çelsi") layiq görülüb.


"Zadəganlar" ötən ay çempionatda keçirdiyi 4 oyunun üçündə qələbə qazanıb.


Mareska səsvermədə Mikel Arteta ("Arsenal"), Unay Emeri ("Aston Villa"), Xosep Qvardiola ("Mançester Siti"), Fabian Hyürzeler ("Brayton") və Marko Silvanı ("Fulhem") qabaqlayıb.