“Çelsi” baş məşqçsi Qrem Potteri istefaya göndərib.

Rekord.az xəbər verir ki, 47 yaşlı mütəxəssislə istədiyi uğurlara çata bilməyən London təmsilçisi bir neçə gün öncə “Aston Villa”ya evdəki 0:2 hesablı məğlubiyyətdən sonra onu qovmağa qərar verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisini müvəqqəti olaraq Bruno Saltorun çalışdıracağı diqqətə çatdırılıb. Yeni baş məşqçinin kimliyinə isə böyük ehtimalla mövsümün sonunda aydınlıq gələcək.

Potter 2022-ci ilin sentyabrından “Çelsi”yə rəhbərlik edirdi. O, “zadəganlar”ı bütövlükdə 31 matça çıxarıb - 12 qələbə, 11 məğlubiyyət, 8 heç-heçə.

İngilis məşqçi daha öncə “Östersünd”, “Suonsi Siti” və “Brayton”a da rəhbərlik edib.

“Çelsi” hazırda Premyer Liqada 38 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Londonluları UEFA Çempionlar Liqasının 1/4 finalında Madrid “Real”ı (İspaniya) ilə qarşılaşmalar da gözləyir.