
"Çelsi" "Lion"un müdafiəçisinə 40 milyon avro təklif etdi
- 25 Yan 2023 11:30
- 373
"Çelsi" "Lion"un müdafiəçisi Malo Gyusta yeni müqavilə təklif edib.
Rekord.az xəbər verir ki, London klubu daha öncə bu müdafiəçiyə 20 milyon təklif etsə də "Lion" bu məbləğdən imtina etmişdi.
"Çelsi" yeni təklifdə məbləği 40 milyon avroya qaldırıb.. Fransa təmsilçisinin bu məbləğə razılaşacaı gözlənilir.
Qeyd edək ki, Gyusta cari mövsüm Liqa 1-də 15 oyunda meydançaya çıxıb.