
"Çelsi": "Hökumətdən tələb edirik ki..."
- 16 Mar 2022 18:00
- 522
"Çelsi" klub ətrafında yaranan mövcud vəziyyətlə bağlı azarkeşlərə müraciət edib.
Rekord.az xəbər verir ki, müraciətdə bilet satışı ilə bağlı yaranan problem haqda azarkeşlər məlumatlandırılıb:
“Klub hələ də Böyük Britaniya hökumətindən bilet satışı üçün razılıq gözləyir. O cümlədən, bu həftə sonu Midlsbroda keçiriləcək İngiltərə Kubokunun oyunu üçün də bilet satışı bu cavabdan asılıdır.
Biz hökumətdən tələb edirik ki, azarkeşlərimizə bilet əldə etmək imkanı versin. Həll yolunu tapmaq üçün gündəlik toplantılar keçirilir.
Bundan əlavə, Premyer Liqa və Futbol Assosiasiyası da bu məsələni hökumətlə müzakirə edirlər. Burada idmanın ədalət prinsipləri pozulur.
Azarkeşlərimizin məyusluğunun fərqindəyik və problemi mümkün qədər tez həll etmək üçün əlimizdən gələni edirik”.