“Çelsi” braziliyalı məşhur futbolçunun oğlu ilə peşəkar müqavilə bağladı
- 14:00
- 24
İngiltərənin "Çelsi" klubu sabiq futbolçusu Tyaqo Silvanın oğlu İsaqo Silva ilə peşəkar müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı müdafiəçi ilə müqavilənin müddəti haqqında məlumat verilməyib. İ.Silva 13 yaşından "Çelsi"nin akademiyasında çıxış edir. Cari mövsümdə o, İngiltərə klubunun U-18 komandasının heyətində bir oyun keçirib.
Hazırda Braziliya təmsilçisi "Fluminense"də oynayan 41 yaşlı Tyaqo Silva 2020-2024-cü illərdə "Çelsi"nin formasını geyinib. O, İngiltərə təmsilçisinin heyətində UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.