“Çelsi” 17 yaşlı yamaykalı hücumçu Dujuan Riçardsın transferi ilə bağlı razılığa gəlib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, o gələn mövsüm 18 yaşı tamam olanda London təmsilçisində qoşula biləcək. 

Futbolçu hazırda Yamayka "Feniks"ində oynayır.

Riçards milli komandada 2023-cü il martın 15-də debüt edib. Ümumilikdə onun Yamayka yığmasında 3 oyunu var.