"Heydər Əliyev İli" çərçivəsində Cəlilabad şəhər Mərkəzi Stadionunda futbol idman növü üzrə keçirilən çempionata yekun vurulub.

Rekord.az xəbər verir ki, çempionat Cəlilabad Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman idarəsi və "Məhsul" KKİC-nin rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol turnirinin keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların öz asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarət olub.

Final oyununda Mədətli kənd və Petrovka komandaları üz-üzə gəlib. Oyundan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yarışı Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, YAP Cəlilabad RT-nın sədri Mirsüleyman Mirxaslı, rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad RİH-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Əmənov, Masallı Regional Mədəniyyət idarəsi Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Prezident təqaüdçüsü, yazıçı Meyxoş Abdullah, UGİM-nin direktoru Natiq Rzayev, UGİŞM-nin direktoru Abbas Zülfüqarov, "Məhsul" KKİC-nin rayon şöbəsinin sədri Aləddin Əliyev, Qarabağ qaziləri Aqil Nəzərov, Namiq Ağayev, Mərifət Səmədli, Toğrul Rizvanlı, Teymur Mirzəyev və digər qonaqlar izləyiblər.

Oyun Mədətli kənd komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sonda qalib komandalar kubok, diplom və hədiyyələrlə təltif olunublar.