
Çeferin yenidən UEFA prezidenti seçildi
- 05 Apr 2023 18:45
- 318
Aleksandr Çeferin yenidən dörd il müddətinə UEFA prezidenti seçilib.
Rekord.az xəbər verir ki, o, UEFA-nın Lissabonda təşkil olunmuş 47-ci Konqresində keçirilən qurumun rəhbəri postuna seçkilərdə yeganə namizəd kimi qalib gəlib.
Sloveniyalı, son müraciət tarixindən (5 yanvar 2023-cü il) əvvəl UEFA-ya namizədliyini qeydə alan yeganə şəxs olub. Beləliklə, seçkilər alternativsiz keçirilib.
UEFA prezidenti dörd illik müddətə seçilir. 55 yaşlı Ceferin 2016-cı ilin sentyabrında təşkilatın rəhbəri vəzifəsinə keçib.