Aprelin 5-də Portuqaliyanın paytaxtı Lissabonda UEFA-nın 47-ci konqresi keçiriləcək.

Rekord.az xəbər verir ki, bu konqresdə UEFA-nı növbəti 4 ildə kimin idarə edəcəyi də məlum olacaq.

Əslində bu şəxsin kimliyi bəllidir. Seçkidə yeganə namizədin hazırkı prezident Aleksandr Ceferin olduğunu nəzərə alsaq, UEFA-ya növbəti 4 ildə kimin başçılıq edəcəyi də məlumdur.