
Cəbrayılda yeni stadion tikiləcək ÖZƏL!
- 19 İyn 2023 12:00
- 1184
Növbəti mövsüm ll divizionda oynayacaq komandalar sırasında "Cəbrayıl" da var.
"Rekord.az" xəbər verir ki, komandanın uzunmüddətli inkişaf modeli hazırlanır.
Eyni zamanda, komandanın yaxın gələcəkdə Cəbrayıla köçürülməsi də planlaşdırılır. Çünki rayonun yenidən qurulması planında yeni stadionun tikilməsi də var. Stadionun təxminən 5 min tamaşaçı tutumuna malik olacağı gözlənilir.