Yayda "CBC Sport"da ciddi dəyişikliklər gözlənilir.

 

Rekord.az-a daxil olan məlumata görə, hazırkı rəhbər Volkan Üst böyük ölçüdə buranı tərk edəcək.

 

Çünki onu bura AFFA-nın sabiq baş katibi Elxan Məmmıdov dəvət etmişdi və artıq Məmmədovun federasiya və telekanalla bütün əlaqələri kəsilib. Ümumiyyətlə, telekanalın tamamilə ləğv olunaraq, İTV-nin "çətir"i altına keçəcəyi gözlənilir. Yəni telekanalın yeni mövsümdən "İTV İdman" kimi fəaliyyət göstərməsi istisna edilmir. Bir növ Türkiyədəki TRT modeli kimi. Bu telekanalın tərkibində "TRT Haber", "TRT Avaz", "TRT Cocuk" və s. bölümlər kimi, "TRT Spor" da fəaliyyət göstərir. İTV-nin də bu modelə əsaslanıb "CBC Sport"un bazası əsasında "İTV İdman" yaradacağı gözlənilir. Bu telekanala nəzarət isə AFFA İcraiyyə Komitəsinin yeni üzvü, qurumun vitse-prezidenti, həmçinin İTV-nin direktoru Balakişi Qasımovda olacaq.