Misli Premyer Liqasının XXII turu çərçivəsində "Səbail"in qonağı olacaq "Zirə" ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Dimitrios Çantakias bu oyunda forma geyinə bilməyəcək.
Buna səbəb futbolçunun sarı vərəqə limitini aşmasıdır.