"İnter"in futbolçusu Hakan Çalhanoğlu komandadakı rolundan danışıb.

Rekord.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Sport Mediaset"ə açıqlamasında komandanın keçmiş oyunçusu Kristian Eriksenin yerini doldurmağın çətin olduğunu deyib:

“Mən həmişə komandanın uğuru üçün əlimdən gələni etməyə çalışıram. Kristian Erikseni əvəz etməyin çətin olacağını bilirdim. Təbii ki, “İnter”in yeni oyunçuları çox keyfiyyətlidir və biz hələ də qalib gəlməyə çalışırıq”.

Qeyd edək ki, "İnter"in sabiq futbolçusu Kristian Eriksenin Danimarka millisinin heyətində Avro 2020-nin Finlandiya ilə oyununda ürəyi dayanmışdı. 15 dəqiqəlik tibbi müdaxilədən sonra onu həyata qaytarmaq mümkün olmuşdu.O, daha sonra "İnter"dən ayrıldığını açıqlamışdı. Çalhanoğlu da 2021-ci ilin yayından etibarən "İnter"də oynayır.