
Byelsa yenidən premyer-liqada işləyə bilər
- 14 Noy 2022 16:45
- 350
Marselo Byelsa yenidən premyer-liqada işləyə bilər.
Rekord.az xəbər verir ki, İngiltərə klubu ilə danışıq aparır. Yerli mənbələr argentinalı mütəxəssisin “Bornmut”un başına keçmək ehtimalını yüksək qiymətləndirir.
67 yaşlı Byelsa İngiltərədə 2018-22-ci illərdə “Lids”i çalışdırıb.
Uilyam Folinin tezliklə “Bornmut”un sahibi olacağı gözlənilir. O, Byelsanı komandanın başında görmək istəyir. Hazırda isə baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq Qari O’Nil yerinə yetirir.