Uzun müddət baxımsız vəziyyətdə olan Buzovnadakı "Gənclik" stadionunda təmir işlərinin aparılmasına dair məlumat vermişdik.

Rekord.az-a daxil olan məlumata görə, təmir işləri hazırda da davam edir.

Təmiri stadionu icarəyə götürən xanım bir şəxs həyata keçirir. Deyilənə görə futbola bağlı insandır və təmirdən sonra arena öz fəaliyyətini davam etdirəcək. Burada əsasən uşaq futbol komandaları məşq keçəcək. Bir növü futbol akademiyası kimi. Daha dəiq detallar təmir tam başa çatandan sonra məlum olacaq.