
Bütün klublara AFFA-dan xəbərdarlıq: sonuncu pilləni tutan...
- 28 Dek 2022 12:00
- 643
Deyəsən AFFA bu mövsüm şeytanın qıçını sındıracaq.
Rekord.az xəbər verir ki, federasiya həqiqətən də mövsümün sonunda sonuncu pilləni tutan komandanı I Diviziona göndərmək fikrində qətidir.
Baxmayaraq ki, uzun müddətdir ki, bu məsələdə bizdə idman prinsipləri qorunmur. Lakin bu dəfə iş ciddiyə oxşayır. AFFA-nın baş katibi Sərxan Hacıyev hələ mövsümün əvvəlində bu haqda açıqlama verəndə çox adam ciddi qəbul etmədi. Bu yaxınlarda isə AFFA tərəfindən bütün klublarfa qeyri-rəsmi şəkildə növbəti dəfə xəbərdarlıq tipli məlumat ötürülüb. Xüsusilə ikinci "altılıq"da qərarlaşan komandalara. Kİ, heç nəyə və heç kimə arxayın olmayın. Sonuncu pilləni tutan komanda 100 faiz aşağı göndəriləcək.