
Buskets İnyestaya çatdı
- 20 Apr 2022 12:20
- 467
İspaniya La Liqasının 32-ci turunun "Kadis"lə oyunu (0:1) "Barselona"nın kapitanı Serxio Buskets üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Kataloniya kılubunda 674-cü matçına çıxıb.
Bu göstərici ilə Buskets komandanın sabiq futbolçusu Andres İnyestaya çatıb.
Siyahıya 778 oyunla Lionel Messi başçılıq edir. İkinci yerdə isə 767 oyunla "Barselona"nın baş məşqisi Xavidir.