
Burak Yılmaz milli karyerasını bitirdi
- 25 Mar 2022 16:47
- 480
Türkiyə milli komandasının və “Lill” klubunun futbolçusu Burak Yılmaz yığmadakı karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özü açıqlama yayıb. O, DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliyaya uduzduqları oyundan (1:3) sonra milli formasında son matçını keçirdiyini deyib:
“Bu gün son oyunumu keçirdim. Milli karyeramdakı son nöqtəni qoydum. Belə bir oyundan sonra milli komanda ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm”.
Burak Yılmaz 2006-cı ildən Türkiyə millisinin formasını geyinirdi.