Yayda "Qarabağ"da nəzərəçarpacaq dəyişikliklər olacaq və istər yerli, istərsə də legioner futbolçular arasında komandadan göndərilənlər olacaq.

Rekord.az xəbər verir ki, yeni transferlər daha çox əcnəbilər olacaq ki, bu da limitin ləğvindən qaynaqlanacaq.

Lakin bəzi yerli futbolçular var kiş limit ləğv olunsa da. Qurban Qurbanov yeni mövsümdə də onların xidmətindən istifadə edəcək. Əldə etdiyimiz məlumata görə, Toral Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Nəriman Axundzadə komandada qalacaq. Klubla 2 illik müqaviləsi qalan yerli statuslu Aleksey İsayevin da komandada saxlanılacağı gözlənilir.