Bu komandanın futbolçuları rəhbərlikdən AFFA-ya şikayətə hazırlaşır
- 2024-09-12 13:00
- 671
II Liqada mübarizə aparan "Füzuli"də maliyyə qalmaqalı böyüyür.
Rekord.az xəbər verir ki, komanda rəhbərliyi ötən mövsümdən futbolçulara borclu olduğu halda, həmin pulu ödəmək istəmir.
Hətta futbolçulara bundan sonra bu ödənişin olmayacağı deyilib və üzürlü saymaları xahiş olunub. Futbolçular isə bu durumla barışmaq istəmir və rəhbərlikdən AFFA-ya şikayət etməyə hazırlaşır.