
Bu komanda “Region Liqası”ndan imtina edir
- 29 Noy 2022 13:00
- 770
“Region Liqası”nda çıxış edən əksər komandaların maddi cəhətdən ciddi sıxıntı çəkməsi haqda zaman-zaman məlumatlar veririk.
Rekord.az-a daxil olan məlumata görə, AFFA-nın hər oyun üçün ayırdığı 300 manat da işə yaramır.
Belə ki, o pul ancaq nəqliyyat xərclərini qarşılayır. Futbolçulara cüzi maaş və mükafat vəd edən komandalar var ki, bu öhdəliklərini yerinə yetirə bilmir. Belə komandalardan biri də “Ağsi City”dir. Saytımıza daxil olan son məlumata görə, Ağsu təmsilçisinin futbolçuları pulsuz oynamaqdan bezərək, oyunlara çıxmamaq haqda qərar veriblər.