“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Qarabağ”la oyun haqda fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, Premyer Liqanın 35-ci turu çərçivəsində səfərdə 3:4 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Bu gün xal qazanmaq istəyirdik. Buna köklənmişdik. Rəqibin çətin olduğunu bilirdik. Amma birinci hissədə qol epizodlarını dəyərləndirə bilmədik. Ona təəssüfləndik. Souza 2 epizodda səhv qərar verdi. İkinci hissəyə yaxşı başladıq. Qollar vurduq. Geri dönüş etdik, önə keçdik. Sonra 3:3-ə gətirdik. Son dəqiqələrdə qol buraxmağımız bizi üzdü. Bu qollara bir az üzülürəm. Bu il ən böyük çatlşmazlığımız çox rahat qollar buraxmağımız oldu. Çox yaxşı qollar vurmuşuq. Bu gün qol sayında səhv etmirəmsə, Premyer Liqada ikinci ən yaxşı komandayıq. Amma qol çox buraxmışıq. Demək ki, bunun üzərimdə çox işləməliyik. Son oyunumuz qalıb. Azarkeşlərimizi sevindirməliyik. Məncə, bu il son 4 tura qədər həyəcanı yaşamışıq. Növbəti ildə bunu daha da artırmaq lazımdır. Bu gün həqiqətən maraqlı oyun oldu. “Qarabağ” çempiondur. Biz də mövsümü altıncı yerdə bitirmək istəyirik. Son oyunda da bunun üçün çalışacağıq”.