
“Bu gün daha istəkli “Kəpəz” gördük” - Adil Şükürov
- 12 Sen 2025 21:00
- 44
"Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 4-cü turu çərçivəsində Qəbələ şəhər stadionunda "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları oyunla bağlı bunları söyləyib:
“Əvvəlki oyunlara baxanda daha aqressiv idik. Sadə səhvimiz qolla nəticələndi. Təbii ki, xoş deyil. Amma komandanı toparlamaq istəyirik. Bu gün daha istəkli “Kəpəz” gördük.
Hər dəfə komandaya yeni futbolçular cəlb olunur. Onların bir-birinə uyğunlaşması vaxt tələb edir. Növbəti turlarda qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq”.