
“Bu, “Bavariya”da keçirdiyim 8-c mövsümdə 7-ci baş məşqçidir”
- 04 Apr 2023 17:30
- 418
Jouza Ximmik Tomas Tuxelin “Bavariya”ya baş məşqçi təyin olunması haqda danışıb.
Rekord.az xəbər verir ki, Dortmund “Borussiya”na 4:2-lik qələbədən sonra verilən açıqlamada bu sözlər yer alıb: “Tuxelin gəlişi pozitivdi. Düşünürəm ki, irəli doğru addım atdıq. Çünki bizi qısa müddətdə oyuna hazırlaya bildi. Düşünmürəm ki, bütün bunlar əvvəlki baş məşqçinin qovulmasından sonra oldu. Məşqçinin gedişi həmişə emosional hisslər doğurur. “Bavariya”da keçirdiyim 8-ci mövsümdə 7-ci baş məşqçidir. Bu, biz futbolçuların xeyirinə deyil. Çünki belə olanda biz də stabil oynaya bilmirik”.