
Britaniyalı nazir Rusiyanın DÇ istəyini ələ saldı
- 02 Apr 2022 12:19
- 469
Böyük Britaniyanın idman naziri Naycel Haddleston Rusiyanın 2028-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyindən danışıb.
Rekord.az xəbər verir ki, nazir Rusiyanın bu istəyini ələ salıb.
O, işğalçı ölkənin dünya idman ailəsindən qovulduğunu bildirib:
“Hökumətin siyasəti elədir ki, Rusiya dünya idman arenasında qovulmuş hesab olunur. Belə davranmaq lazımdır, hər şey qüvvədə qalır”.
İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels futbol assosiasiyaları AVRO-2028-ə ev sahibliyi etmək üçün birgə ərizə təqdim ediblər.
Rusiya və Türkiyə Avro-2028 və ya 2032-yə, İtaliya isə Avro-2032-yə ev sahibliyi etməkdə maraqlı olduqlarını bildiriblər.