Braziliyalı hücumçudan “Arsenal”da rekord
- 11 Dek 2025 14:15
- 126
Braziliyalı futbolçu Qabriel Martinelli İngiltərənin "Arsenal" klubunda rekorda imza atıb.
Rekord.az "Opta"ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna Belçikada "Brügge"yə qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 6-cı turunun oyununda fərqlənməklə nail olub.
Martinelli "topçular"ın tarixində meydana çıxdığı ardıcıl 5 ÇL matçında qol vuran ilk oyunçudur.
Qeyd edək ki, London klubu sözügedən qarşılaşmada rəqibini üç cavabsız qolla üstələyib.