Qadın voleyolçulardan ibarət "Milli Aviasiya Akademiyası" klubu braziliyalı oyunçunu heyətinə qatıb. "Rekord.az" xəbər verir ki, komanda Qabriela Da Silva ilə razılığa gəlib. 

32 yaşlı voleybolçu hücumçu mövqeyində çıxış edir. O, ən azı bir il "MAA"nın uğurları üçün çalışacaq. 

Qeyd edək ki, son mövsümü "Maccaabi Haifa" klubundan keçirən Da Silva bundan əvvəl Braziliya, Kipr, İsrail, Finlandiya, Fransa, İspaniya, İsveç və Argentina çempionatlarında mübarizə aparıb.