“Dünya Kubokunun Bakıdakı mərhələsinin finalı həftəsonu keçirilməli idi. Cümə günü artıq yatağımda olanda yarışın ləğvi barədə qərar verildi”.

Rekord.az xəbər verir ki, bunu Braziliya idman gimnastı Arturo Dzanetti deyib.

Bakıdakı dünya kuboku martın 12-15-də keçirilib. İdman gimnastikası üzrə Dünya Kubokunun Bakıda təşkil olunan mərhələsinin iştirakçısı yarışın dayandırlımasını xatırlayıb.

Cənubi amerikalı təsnifat mərhələsindən sonra koronavirus pandemiyası səbəbindən turnirin ləğv edilməsinə üzüldüyünü qeyd edib: “Həmin anda çox məyus oldum. Bilirdim ki, çox yaxşı formadayam.

Komandamızla Tokio Olimpiya Oyunlarına yollanacağımı gözləyirdim. Amma zaman keçdikcə hər şey pisləşdi və indi heç bir yarışa qatıla bilmirik. Olimpiadanın təxirə salınması ən yaxşı çıxış yolu idi. Hamı bir az üzüldü. Amma indi hər şey yerinə qayıdacaq”.