
Braziliyalı futbolçu 44 yaşında karyerasını bərpa etdi
- 02 Fev 2022 15:45
- 487
2021-ci ilin yayında karyerasını bitirən braziliyalı futbolçu Hilton yenidən yaşıl meydanlara qayıdıb.
Rekord.az xəbər verir ki, 44 yaşlı müdafiəçi Fransanın “Set” klubu ilə müqavilə imzalayıb.
Bu barədə 3-cü divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hiltonla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Müdafiəçi karyerası ərzində Fransada “Monpelye”, “Marsel”, “Lans”, “Bastiya” kimi klublarda çıxış edib.