
Braziliyada 3 günlük matəm elan edildi
- 30 Dek 2022 16:20
- 407
82 yaşında həyatla vidalaşan əfsanəvi futbolçu Pelenin ölümü ilə əlaqədar Braziliyada 3 günlük matəm elan edilib.
Rekord.az xəbər verir ki, əmr sözügedən ölkənin prezidenti Jair Bolsonaru tərəfindən imzalanıb.
Xatırladaq ki, noyabrın 29-da uzun müddətdir mübarizə apardığı yoğun bağırsaq xərçəngi üzündən yenidən xəstəxanaya yerləşdirilən əfsanəvi veteran dünən dünyasını dəyişib.