"Braziliyanın B Seriyası Azərbaycan Premyer Liqasından daha gərgin və rəqabətlidir. Burada kimin çempion olacağını və A Seriyasına yüksələcəyini əvvəlcədən müəyyən edə bilməzsiniz".

Rekord.az xəbər verir ki, bunu "Qəbələ"nin sabiq futbolçusu Bruno da Silva "vavel.com" saytına açıqlamasında deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, son illər Azərbaycanda futbol kəskin dəyişib:

"Amma yenə də titul uğrunda əvvəlkitək eyni komandalar mübarizə aparırlar".

Bruno da Silva 2010 - 2012-ci illərdə "qırmızı-qaralar"ın formasını geyinib. Braziliyalı hazırda ölkəsinin "Novorizontino" klubunda çıxış edir.