
"Brayton" 11 milyon təklif edir, "Şaxtyor" 30 milyon istəyir
- 25 Yan 2023 14:15
- 384
Donetsk "Şaxtyor"nun müdafiəçisi Nikolay Matvienko karyerasını İngiltərədə davam etdirə bilər.
Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində "Brayton" maraqlıdır.
İngilis klubu Ukryana klubuna futbolçunun keçidi üçün 11 milyon avro təklif edib. Lakin "Şaxtyor" Matvienkonu 30 milyona satmaq istəyir.