Gürcüstanın paytaxtı Tiflisdə baş tutacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.


Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 51 ölkədən 386 idmançı mübarizə aparacaq.


Sabah start götürəcək "Böyük Dəbilqə"nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.


Kişilər


66 kq, 1/32 final


Turan Bayramov – Kilian Noel (Fransa)


66 kq, 1/16 final


Rəşad Yelkiyev – Yoxem van Harten (Niderland)


73 kq, 1/32 final


Kamran Süleymanov – Rey Marinks (Belçika)


73 kq, 1/16 final


Hidayət Heydərov – Zelemxan Batçayev (Belçika)


+100 kq, 1/8 final


Camal Qamzatxanov – Saba Kardava (Gürcüstan) / Losseni Kone (Almaniya) cütünün qalibi


Kənan Nəsibov – Yelaman Yerqaliyev (Qazaxıstan) / Gela Zaalişvili (Gürcüstan) cütünün qalibi


Qadınlar


48 kq, 1/16 final


Könül Əliyeva – Mişel Altanşaqay (Monqolustan)


52 kq, 1/8 final


Leyla Əliyeva – Gefen Primo (İsrail)


70 kq, 1/16 final


Südabə Ağayeva – Nino Qulbani (Gürcüstan)


Aytac Qardaşxanlı – Şirincon Yuldoşova (Özbəkistan)


+78 kq, 1/8 final


Madina Kaisinova – Erika Simonetti (İtaliya)