“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu
- 20:20
- 22
İsveçrənin Lozanna şəhərində cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu ilə (10 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 77 ölkədən 513 idmançı (305 kişi, 208 qadın) mübarizə aparacaq.
Yarış 28-30 avqust aralığında təşkil olunacaq.
Qadınlar
52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Madina Qurbonzoda (Tacikistan)
Leyla Əliyeva – Rin Takeuçi (Yaponiya)
70 kq, 1/16 final
Südabə Ağayeva – Luana Karvalyo (Braziliya)
+78 kq, 1/8 final
Madina Kaisinova – Elis Startseva (Rusiya)
Kişilər
60 kq, 1/16 final
Əhməd Yusifov – David Naci (Macarıstan) / Loiq Kudbudinov (Tacikistan) cütünün qalibi ilə
66 kq, 1/32 final
Turan Bayramov – Lenni Şeynfeld (ABŞ)
66 kq, 1/16 final
Ruslan Paşayev – Suxrob Boqiyev (Bəhreyn)
73 kq, 1/32 final
Kamran Süleymanov – Otari Kvantidze (Portuqaliya)
73 kq, 1/16 final
Rəşid Məmmədəliyev – Ohad Morits (İsrail) / Karim Abdulayev (BƏƏ) cütünün qalibi ilə
81 kq, 1/32 final
Vüsal Qələndərzadə – Qacidavud Qasanov (Bəhreyn)
81 kq, 1/16 final
Ömər Rəcəbli – Adilet Almat (Qazaxıstan) / Vinçentso Pelliqra (İtaliya) cütünün qalibi ilə
90 kq, 1/32 final
Vüqar Talıbov – Akaki Çaparidze (Gürcüstan)
+100 kq, 1/16 final
Kənan Nəsibov – Yakov Xammo (Ukrayna)
+100 kq, 1/8 final
Uşanqi Kokauri – Fransisko Solis (Çili) / Maqomedomar Maqomedomarov (BƏƏ) cütünün qalibi ilə