
BOS qapılarını klubların üzünə bağladı
- 30 Mar 2022 17:00
- 620
Bakı Olimpiya Stadionu (BOS) qapılarını buradan istifadə edən klubların üzünə bağlayıb.
Rekord.az xəbər verir ki, bu, müvəqqəti olsa da, hər halda problem ciddidir.
Belə ki, arenanın ehtiyat meydançaları «yüklənmədən» əziyyət çəkir. Təbii ot örtüklü qazonlar bundan zərər görüb və təmir zərurəti yaranıb.
BOS yardımçı sahələrdən kifayət qədər vəsait qazanır. Buranın xidmətindən yararlanan komandalar hər məşqə görə 600-700 manat civarında pul ödəyir. (sportinfo.az)