
"Borussiya"nın futbolçusu bu göstəriciyə görə hamını qabaqlayır
- 26 Yan 2023 19:00
- 417
Dortmund "Borussiya"nın futbolçusu Covanni Reyna "Maynts"la son tur matçında komandasına qələbə gətirən qola imza atdı.
Rekord.az xəbər verir ki, futbolçu bu uğura oyuna əvəzləmədən daxil olaraq imza atıb.
Bu onun cari mövsüm Bundesliqada vurduğu 8-ci qoldur. Məhz buna görə isə o, cari mövsüm oyuna sonradan daxil olan futbolçular arasında ən yaxşı göstəriciyə sahidir.