Münhenqladbax “Borussiya”sı Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Covanni Reynanı transfer edib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Amerikalı futbolçu ilə 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb.


Ötən mövsüm 22 yaşlı Reyna bütün yarışlarda 26 matçda meydana çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.