
“Borussiya”dan MLS klubuna
- 17 Mar 2022 10:28
- 505
Almaniyanın “Borussiya” (Dortmund) klubunun qapıçısı Roman Bürki karyerasını ABŞ-da davam etdirəcək.
Rekord.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İsveçrəli qolkiper MLS-də çıxış edən “Sent-Luis” komandasına keçib. 32 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Roman Bürki bu mövsüm "Borussiya"nın heyətində heç bir oyuna çıxmayıb.