
“Borussiya”dan iki yeni transfer
- 29 İyn 2023 14:41
- 310
Almaniyanın “Borussiya” (Mönhenqladbah) klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi Robin Hak və Fabio Çiarodianı heyətinə qatıb.
Hak “Arminiya”dan, Çiarodia isə “Verder”dən transfer olunub. Hər iki futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Mönhenqladbahlılar Robinin transferi üçün 1,1, Fabionun keçidinə görə 2 milyon avro ödəyiblər.