Almaniyanın "Bayern" klubu yeni transferini açıqlayıb.

Rekord.az xəbər verir ki, Münhen təmsilçisi portuqaliyalı müdafiəçi Rafael Gerreyro ilə güclənib.

30 yaşlı oyunçunun sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Gerreyro 2016-cı ildən Dortmund "Borussiya"sında çıxış edirdi. O, ötən mövsüm 36 matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Dortmund klubundan azad agent kimi ayrılmış təcrübəli oyunçu Portuqaliya millisinin də üzvüdür.