
“Borussiya”da yeni müqavilə
- 13 Mar 2021 11:20
- 579
Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu müdafiəçisi Niko Elvedi ilə müqavilənin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni müqavilənin müddəti 2024-cü ilin yayına kimidir.
Niko Elvedi 2015-ci ildən “Borussiya”da çıxış edir. İsveçrəli futbolçu bu komandanın heyətində 196 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.