Dortmund "Borussiya"sı qış transfer dönəmində "Monako"nun futbolçusu Aleksandr Qolovinə40 milyon avro təklif edib.

Rekord.az xəbər verir ki, futbolçunun agenti Aleksandr Kluyev də bunu təsdiqləyib.

"RBK Sport"a açıqlamasında o, bunları deyib: "Alman klubu həqiqətən də Aleksandrla maraqlanırdı. Lakin məbləğ məlum  deyildi. Bundan başqa, futbolçu özü də hazırkı klubunda oynamaqdan çox mənmundu".