"Boloniya"nın mərkəz müdafiəçisi Qabriel Korbo klubunu dəyişib.

Rekord.az xəbər verir ki, o, okeanın o tayına yollanıb və Kanadanın "Monreal" klubu ilə müqavilə bağlayıb.

Müqavilənin müddəti ilin sonuna qədərdi. 

Qeyd edək ki, itaiyalı müdafiəçi daha əvvəllər də icarə əsasında Kanada klubunda çıxış edib və 17 oyunda meydançaya çıxıb. İtaliyada isə "Spezia" və "Askoli" klublarında forma geyinib.