Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar.


Rekord.az xəbər verir ki, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar.


Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.


Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.


Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.