
BOK və FİFA Rusiyanı müzakirə edəcək
- 25 Yan 2023 15:45
- 382
Beynəlxalq Olimpiya Komitəsi (BOK) və FİFA növbəti görüşlərində Rusiyanın yenidən beynəlxalq oyunlara qayıdışını müzakirə edəcək.
Rekord.az xəbər verir ki, ötən gün Rusiya Futbol İttifaqının nümayəndələri UEFA ilə bu məsələni müzakirə edib.
"Sport Ekspress"in yazdığına görə, növbəti 2-3 həftə ərzində BOK və FİFA-nın da proseslərə qoşulacağı gözlənilir.